Məhərrəm Əliyevə itki üz verdi
17 Fevral 2014 10:29 (UTC+04:00)
Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevə ağır itki üz verib.
"Qafqazinfo" xəbər verir ki, dünən generalın İsa adlı dayısı 78 yaşında dünyasını dəyişib. Mərhum dünən dəfn edilib. Sabah Bakıxanov qəsəbəsində 3 mərasimi keçiriləcək.
Allah rəhmət eləsin.
AzNews.az