“Ded Xasan“ın qardaşı oğlu saxlanıldı

17 Fevral 2014 11:34 (UTC+04:00)
Moskvada Miron adı ilə tanınan kriminal avtoritet Miro Amadyan saxlanılıb.

Anspress-in verdiyi məlumata görə, pasport yoxlaması zamanı o, digər şəxsə aid olan şəxsiyyəti təsdiq edən sənəd verib.

Məlumata görə, Miron oğurluqla məşğul olan cinayət qruplara nəzarət edirmiş. Mironun Moskvada qeyri-qanuni yaşadığı deyilir. Hazırda kriminal avtoritetin Gürcüstana deportasiya məsləsi həll edilir.

Qeyd edək ki, Miron bir qədər əvvəl öldürülmüş məşhur "qanuni oğru" "Ded Xasan"ın qardaşı oğludur.

AzNews.az