Kriminal avtoritetin öldürülmə anı- VİDEO

17 Fevral 2014 12:08 (UTC+04:00)
Tanınmış kriminal avtoritet Tevosikanın qardaşı Artur Safaryanın qətlini İsrail Sarkisyan sifariş edib.


Anspress-in "News.am" saytına istinadən verdiyi məlumata görə, qətli onun yaxın dostu Movses Hersisyan həyata keçirib.

Movses Hersisyan qətli gizlətmək üçün xüsusi plan qurub. O, Artur Safaryanı otelə dəvət edib və orada da onu öldürüb. Daha sonra onun meyidini kimsəsiz bir ərazidəki kanalizasiya quyusuna atıb.

Faktla bağlı Ermənistan cinayət məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndi və 235-ci maddə ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, baş verən hadisələr müşahidə kameraları vasitəsilə qeydə alınıb.



AzNews.az