TQDK sədri İmişlidə vətəndaşları qəbul edəcək

17 Fevral 2014 12:14 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İmişli şəhərində vətəndaşları qəbul edəcək.

AzNews.az TQDK-nın saytına istinadən xəbər verir ki, qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər.

Qəbul fevralın 28-də İmişli şəhər Gənclər Mərkəzində (20 yanvar küç., 2) keçiriləcək.

AzNews.az