10 ton yararsız ətlə bağlı rəsmi məlumat

17 Fevral 2014 12:21 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Bərdədə mənşəyi bilinməyən külli miqdarda ət tapılması faktı ilə bağlı məlumat yayıb.


AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 14-də Daxili İşlər Nazirliyinin Karantin Tədbirlərini Təmin Edən Əlahiddə Polis Taboru və Dövlət Baytarlıq Xidməti əməkdaşları tərəfindən Bərdə şəhəri Səməd Vurğun küçəsində yaşayan Seyfəddin Novruzovun həyətində mənşəyi məlum olmayan 10 ton yararsız ət aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az