VİP Eldəniz Quliyevi məhkəməyə verdi
17 Fevral 2014 12:33 (UTC+04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə bağlı məhkəmə müraciət edib.
VİP mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, VİP həmin şəxsin xüsusi ittiham qaydasında məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edib.
Məhkəmədən E. Quliyev barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə tədbir görülməsi istənilib.
Şikayət ərizəsi 2014-cü il fevralın 17-də Xətai Rayon Məhkəməsinə təqdim olunub.
Məlumatda o da qeyd olunub ki, "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev mətbuat vasitəsilə VİP, onun sədri Əli Əliyev və partiya üzvlərinə yönəlik davamlı təhqiredici fikirlər səsləndirib.
AzNews.az