Astaranın mərkəzi bazarındakı yanğın davam edir

17 Fevral 2014 16:05 (UTC+04:00)

Astara şəhərindəki mərkəzi bazarda yanğın davam edir.


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gün günorta radələrindən başlayan yanğınla bağlı FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Həmçinin, yanğınla əlaqədar aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür və əlavə məlumat veriləcək.

Amid
AzNews.az