“Vəzifəli şəxslərin hamısı yanğın yerindədir”– Astara İH-dən açıqlama

17 Fevral 2014 16:18 (UTC+04:00)
"Yanğın söndürüldükdən sonra sahibkarlara dəyən ziyan hesablanacaq".


Bunu AzNews.az-a açıqlamasında Astara Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Səfail Məmmədov deyib. O bildirib ki, bu gün günorta radələrindən Astara şəhərinin mərkəzi bazarda yanğın başlayıb və hazırda söndürülməsi istiqamətində tədbirlər görülür.

Onun sözlərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin göstərişi ilə qurumun əksər əməkdaşları, vəzifəli şəxslər hadisə yerindədir. S. Məmmədov qeyd edib ki, yanğın söndürüldükdən sonra hadisənin səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılacaq və sahibkarlara dəyən ziyana hesablanacaq.

Amid
AzNews.az