Baldız gəlini bıçaqladı

17 Fevral 2014 18:15 (UTC+04:00)
Bakıda baldız gəlini bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonunun Yeni yaşayış massivi, 3-cü küçədə qeydə alınıb.

1984-cü il təvəllüdlü Ramidə Rafiq qızı Abbasova qardaşının həyat yoldaşı, 28 yaşlı Fəridə Abbasovanı bıçaqlayıb.

F. Abbasova xəsarətlə xəstəxanaya yerləşdirilib.


AzNews.az