Beyləqanda zavod partlayıb: 5 yaralı

17 Fevral 2014 18:44 (UTC+04:00)
Azərbaycanın Beyləqan rayonunda çörək zavodunda partlayış olub.


Qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.(APA)