19 yaşli qız 22 adamı öldürdüyünü etiraf etdi !

17 Fevral 2014 19:42 (UTC+04:00)

ABŞ-da cinayət işlətməkdə ittiham olunaraq həbs olunan 19 yaşlı Miranda Barbour , Pensilvaniya əyalətində tutulduğu həbsxanada yerli bir qəzetə müsahibə verib.

Yerli mətbuatın yazdığına görə, satanist bir qrupa üzv olan Miranda Barbour digər 22 yaşında olan bir yoldaşıyla birlikdə 42 yaşındakı Troy Laferraranı öldürməkdə günahlandırılaraq həbs olunub. O, bunun ilk cinayəti olmadığını söyləyib.
Barbour 22-nci adamı öldürdükdən sonra törətdiyi cinayətləri saymadığını qeyd edərək, deyib: "İnsanların mənə inanıb inanmadığı məni maraqlandırmır. Mən içimi tökməyə qərar verdim. Ilk cinayətimi 13 yaşında işlətmişəm".
Barbour əlavə olaraq deyib ki, üzvü olduğu satanist qrupun lideri cinayət işləməyə gedərkən onu yanında aparırmış. İlk vaxtlar onlar tətiyi birlikdə basıblar və sonra bu şəkildə ardıcıl cinayətlər törətməyə başlayıb.

"Məni sərbəst buraxsalar öldürməyə davam edərəm " –deyə o bildirib.
ABŞ polisi indi Federal İstintaq Bürosunun ( FBI) köməkliyi ilə Barbourun etiraf etdiyi 22 cinayətin doğru olub, olmadığını araşdırdığını bildirib.


Elman
AzNews.az