Türkiyədə jurnalistlər etiraz aksiyası keçirib - VİDEO

17 Fevral 2014 20:02 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində jurnalistlərdən ibarət böyük bir qrup etiraz aksiyası keçirib.

"Euronews" telekanalının məlumatına görə, 200-dən çox jurnalist əvvəllər aparıcı qəzetlərin redaksiyalarının yerləşdiyi tarixi məhəllədə bir araya gəliblər. Nümayiş iştirakçıları senzuraya və hökumətin kütləvi-informasiya vasitələrinə qarşı təzyiqinə etiraz etdiklərini bəyan ediblər.

Jurnalist, Dəniz Hakan: "Hökumət kütləvi-informasiya vasitələrini onların rəhbərləri və ya onlara yaxın olan jurnalistlər vasitəsilə idarə etməyə çalışır. Biz bundan təngə gəlmişik, ona görə də buradayıq."

Nümayişçilər İstanbul valisinin iqamətgahına yürüş etdikdən sonra orada bəyannamə oxuyublar.

Jurnalistlərin etirazları Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın intiernet üzərində qoyduğu bir sıra məhdudiyyətlərində əsas rol oynadığı bildirilir. Həmçinin, Rəcəb Tayyib Ərdoğan "Habertürk" telekanalının rəhbəri ilə danışığını əks etdirən audioyazı da yayılıb. Həmin audioyazıda Ərdoğan adıçəkilən telekanalda müxalifət liderinin çıxışının yayımlanmasından dolayı narazılığını bildirir. Telekanalın rəhbəri isə tədbir görəcəyini deyir və bundan sonra müxalifət liderinin çıxışının yayımlanması dayandırılır.





AzNews.az