Prezident qızının yaxınları həbs olundu

18 Fevral 2014 08:15 (UTC+04:00)
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın əhatəsindən bir neçə nəfər saxlanılıb.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin insanlar saxlanılaraq respublika prokurorluğuna aparılıb.

KİV xüsusilə, Rüstəm Madumarov, Hayan Avakyan və Yekaterina Klyuevanın adlarını hallandırır. Onlar Kərimovanın yaxın əməkdaşlarıdır.

Bildirilir ki, onlar "Terra group", "Prime Media", "Gamma Promotion" və digər firmaların vergidən yayınması və məxfi pullarla bağlı saxlanılıb.

Keçən ilin noyabrında bir sıra KİV Daşkənddə Kərimovanın saxlanılması haqqında məlumat verib.


Amma, Kərimova özü "Tvitter" dəki mikrobloqunda bu məlumatı inkar etmişdi. O izah edib ki, o, "Kelajak Ovozi" (Gələcəyin səsi) hərəkatının fəallarını azad etmək üçün rayon polis şöbəsində olub.

Hazırda Özbəkistanda Kərimovanın adı ilə bağlı bütün ictimai və biznes strukturları dövlət strukturları tərəfindən represiyaya məruz qalır.

AzNews.az