Suriyanın beş əyaləti elektrik enerjisiz qaldı- TƏXRİBAT

18 Fevral 2014 08:25 (UTC+04:00)
Silahlı müxalifətin döyüşçüləri Mərkəzi Suriyadakı yüksək gərginlik xətlərinin əsas sahələrindən birinin elektrik dirəklərini sıradan çıxarıblar.


Təxribat nəticəsində Suriyanın beş əyalətində - Həma, Tərtus, Latakiya, İdlib və Hələbdə elektrik enerjisinin verilişi dayandırılıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Hadisə yerinə gedən təmir briqadaları bərpa işləri aparır. Qəzanın fəsadları yaxın saatlarda aradan qaldırılacaq", - nazirlikdən bildirilib.

AzNews.az