Sumqayıtda kütləvi dava, yaralananlar var

18 Fevral 2014 08:38 (UTC+04:00)
Sumqayıtda kütləvi dava baş veribr. Təqribən 20 nəfər arasında baş vermiş davada iki şəxs ağır xəsarət alıb.

Sumqayıt Şəhər Polis İdarəsindən AzərTAc-a bildiriblər ki, gecə saatlarında baş vermiş hadisə ilə bağlı həbs edilənlər var.

Bildirilir ki, Bakı-Quba avtomagistralının Sumqayıtdan keçən hissəsində yol kənarında "Kral" adı altında fəaliyyət göstərən kafedə mübahisə düşüb. Dava kafe sahibləri ilə müştərilər arasında olub. Hadisəyə əsas səbəb müştərilərin xeyli vaxt kafedə oturmaları və digər qonaqlara yer vərməmələri göstərilir. Mübahisə iki qrup arasında əlbəyaxa davaya çevrilib. Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Yaralılar Astara rayon sakinləri 24 yaşlı Tural Bayramov və 27 yaşlı İlkin Quliyevdir. Onlar dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, İlkin Quliyevin vəziyyəti ağır olduğundan o, dərhal Bakı şəhərinə göndərilib. Qolu və ayağı sınan, bir neçə bıçaq xəsarətləri yetirilən Tural Bayramovun sözlərinə görə, kafe sahibləri onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava salıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır.

AzNews.az