Ərizə qəbulu başa çatır

23 Avqust 2012 09:41 (UTC+04:00)
Bu gün birinci qəbul nəticəsində ali məktəblərin boş qalan yerlərinə abituriyentlərin ərizələrinin əlavə qəbulu başa çatır. Bu barədə AzNews.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Gecə yarısına qədər abituriyentlər universitetlərə, o cümlədən orta ixtisas müəssisələrinə 20 yer seçə bilərlər.

İxtisas seçimində avqustun 19-dan 23-dək öz ərizələrini təsdiqləyən abituriyentlər iştirak edə bilərlər. TQDK-nın son məlumatlarına əsasən, 11022 abituriyent artıq öz seçimlərini ediblər. Daha çox abituriyent III qrupda müşahidə edilir – 4866 nəfər.

AzNews.az