Həcc ziyarətinə getmək istəyənlərlə bağlı- Statistika

18 Fevral 2014 08:49 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək üçün müraciət edən vətəndaşların sayını açıqlayıb.

QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov AzNews.az-a açıqlamasında bildirib ki, Həcc ziyarətinə getmək istəyən vətəndaşların sənədlərinin qəbulu 17 gündür başlayıb.

Bu müddət ərzində müraciət edənlərin sayı 600-ə çatıb. Onlar müvafiq sənədlərini artıq İdarəyə təqdim ediblər.

O, Həcc ziyarətinin sentyabrda başlayacağını da qeyd edib.

Xatırladaq ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbuluna fevralın 1-dən başlanılıb.


Amid Əyyuboğlu
AzNews.az