Heydər Əsədov vətəndaşlarla görüşəcək

18 Fevral 2014 09:27 (UTC+04:00)
Kənd Təsərrüfatı naziri Heydər Əsədov fevral ayının 25-də saat 11:00-da Quba ərazi kənd Təsərrüfatı İdarəsinin inzibati binasında (Quba rayonu, Timiryazev qəsəbəsi) Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 050-636-09-09, 023-33-5-19-50)tərəfindən həyata keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

AzNews.az