Şeyx: “Azərbaycana qarşı çıxanlar bilməlidirlər ki...”

18 Fevral 2014 10:53 (UTC+04:00)
"Bu gün Azərbaycanın müstəqilliyini və suverenliyini gözü götürməyən qüvvələr var".


AzNews.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə "Xocalı Soyqrımı Xalqın əbədi yaddaşındadır:

"Xocalıya Ədalət" adlı konfransda çıxışı zamanı bildirib. Şeyxülislam bildirib ki, bu qüvvələr adətən xaricdən bəhrələnir:

"Buna baxmayaraq, Azərbaycan dövləti öz müstəqilliyini heç bir qüvvəyə təslim etməyəcək. Azərbaycana qarşı çıxanlar bilməlidirlər ki, bu gün Azərbaycan 20 il bundan qabaqkı durumda deyil, çox şeyə qadirdir. Lakin biz sülhün tərəfdarıyıq. Heç bir din də müharibəyə vadar etmir".

Amid
AzNews.az