“Lider”də şou verilişlər ləğv edildi; kütləvi ixtisarlar başladı

18 Fevral 2014 11:03 (UTC+04:00)
Lider TV-də ciddi dəyişikliklər aparılıb.


AzNews.az-ın əldə etdiyi məlumata görə, aparılan islahatlar nəticəsində telekanalda yayımlanan şou verilişləri ləğv olunub və onların yaradıcı heyəti işdən azad edilib.

Belə ki, rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bəyəndim" "TetATet" kimi şou xarakterli verilişlər ləğv edilib.

Məlumatda bildirilir ki, telekanal rəhbərliyi buna səbəb kimi yeni strateji xəttə uyğun olaraq daha çox xəbər kanalı kimi fəaliyyət göstərməsini əsas gətirib. Ona görə də şou verilişlərini minimuma endirmək haqda qərar qəbul edilib.

İlqar
AzNews.az