Kürdəmirdə ovçu özünü yaraladı

18 Fevral 2014 12:03 (UTC+04:00)
Kürdəmirdə ovçu özünü yaralayıb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də Kürdəmir rayonu Şilyan kəndinin ərazisində Qarasu kənd sakini Rahim Rahimov ov edərkən silahla ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

AzNews.az