Cəmil Həsənli Milli Şuranın sabahkı sessiyasından danışdı

18 Fevral 2014 12:31 (UTC+04:00)

Sabah Milli Şuranın növbəti sessiyası keçiriləcək.


Bu barədə məlumatı AzNews.az-a Milli Şuranın sədri Cəmil Həsənli deyib.

Onun sözlərinə görə, sessiyada bir sıra mühüm məsələlərin müzakirəsi aparılacaq:

"Sessiyada ötən bir ay ərzində baş verən hadisələrin qiymətləndirilməsi, əsasnamənin qəbulu və cari məsələlər müzakirə mövzusu olacaq".

C.Həsənli Milli Şuraya yüni üzvlərin qəbulu ilə bağlı da məlumat verib:

"Milli Şuraya üzv olmaq istəyənlərin arasında maraqlı şəxslər var. Amma biz gərək, əvvəl əsasnaməni qəbul edək, sonra qəbul məsələsinə baxaq. Həmin şəxslərin kimliyini Milli Şuraya qəbul olunanda biləcəksiniz".

Bahar Rüstəmli
AzNews.az