Məscidlərdə Xocalı soyqırımı ilə bağlı xütbələr oxunacaq

18 Fevral 2014 12:48 (UTC+04:00)
Azərbaycan məscidlərində Xocalı soyqırımı ilə bağlı xütbələr oxunacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə bu gün QMİ-də Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

QMİ sədri Azərbaycanda fəaliyyət göstərən məscidlərin axundlarına müracət edərək bildirib ki, Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar axundların da üzərinə vəzifə düşür: "Axundlar öz moizələrində Xocalı soyqrımına geniş yer ayırsınlar. Çünki cavan nəslimiz var ki, 22 yaşında Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatı yoxdur. Bu üzdən də axundlar Xocalı soyqırımı ilə bağlı məlumatları ictimaiyyətin, xüsusilə də cavanların diqqətinə çatdırmalıdırlar".

AzNews.az