ABŞ səfirliyindən “casus siyahısı“na reaksiya

18 Fevral 2014 13:09 (UTC+04:00)
"ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır".


Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin yerli mediada yayılan iddialara dair verdiyi bəyanatında deyilir:

"ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır. Keçən həftə xəbər verdiyimiz kimi, ABŞ Konqresinin nümayəndə heyəti səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Konqres işçiləri ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat vermək məqsədilə səfərlər edirlər".

AzNews.az