Azərbaycan - Filippin oyununun tarixi açıqlandı

18 Fevral 2014 16:30 (UTC+04:00)
Azərbaycan - Filippin oyununun başlanma vaxtı açıqlanıb.

AzNews.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Əl Şabab" stadionunda Azərbaycan və Filippin milli komandası arasında yoldaşlıq oyunu keçiriləcək.

Artıq oyunun başlanma vaxtı müəyyənləşib. Qarşılaşma saat 19:00-da başlayacaq.

AzNews.az