Nəqliyyat Nazirliyində iclas keçirildi

18 Fevral 2014 16:48 (UTC+04:00)
Nəqliyyat Nazirliyində İşçi Qrupun iclası keçirilib.

AzNews.az-ın Nəqliyyat Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tusiya ilə Azərbaycan hökuməti arasında Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi ilə əlaqədar sazişin reallaşdırılması üzrə birgə İşçi Qrupun I iclası keçirilib. Iclasda Nəqliyyat Nazirliyinin, eləcə də Azərbaycanın və Rusiyanın müvafiq dövlət strukturlarının nümayəndələri, həmçinin layihə təşkilatlarının ekspertləri iştirak ediblər.

Azərbaycan tərəfindən İşçi Qrupun rəhbəri Nəqliyyat nazirinin müavini Musa Pənahov, Rusiya tərəfindən isə Ruiya federasiyası Nəqliyyat Nazirliyinin Departament müdiri İqor Kostyuçenkodur.

Müzakirələrdə "Yaraq-Qazmalar (Rusiya Federasiyası)-Samur" (Azərbaycan Respublikası) buraxılış məntəqəsi rayonunda Samur çayı üzərində körpünün tikintisi ilə bağlı texniki məsələlər, tikintinin layihəsi və s. məsələlər müzakirə olunub.

İşçi Qrupun üzvləri növbəti iclasın cari ilin aprel ayında Moskva şəhərində keçirilıməsinin zəruriliyini qeyd ediblər.

AzNews.az