Xədicə İsmayılla bağlı cinayət işi qaldırıldı - VIDEO

18 Fevral 2014 21:37 (UTC+04:00)
Ölkədə bir neçə gündür ki, ajiotaja səbəb olan casus qalmaqalı axır ki, öz məntiqi və hüquqi nəticəsini verdi.

"Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmayıl bu gün şahid qismində Baş prokurorluğin ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırıldı. Buna səbəb onun şəxsi Facebook səhifəsində yerləşdirdiyi Milil Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən sənəddir. O sənəd ki, dövlət və ya xidməti sirr təşkil edən sənəd kimi qiymətləndirilir və bu gün bu fakt üzrə cinayət məcəlləsinin 284.2, yəni dövlət sirrini yayma maddəsi ilə cinayət işi başlanılıb.

Ötən həftənin ortalarından başlanılan casus axtarışına isə jurnalist Eynulla Fətullyayevin sensasion açıqlaması ilə start verilib. Fətulalyev bu ilin yanvar ayında ABŞ Senatı xarici əlaqələr Komitəsinin iki tədqiqatçısı Con Zadrozni ilə Daniel Vajdiçin Bakıda olarkən jurnalist Xədicə İsmayılla İçərişəhərdəki restoranlardan birində apardıqları müzakirə zamanı Azərbaycan müxalifətini iflasa uğrada biləcək bir mövzu ətrafında fikir mübadiləsi apardıqlarını və xanım jurnalistin də həmin şəxslərə hakimiyyətlə ələqalər quran 100-dən çox müxalifət, vətəndaş cəmiyyəti, QHT, KİV orqanının adını çəkdiyini bildirib. Eynulal Fətulalyevin gömrük xidmətindən əldə etdiyi bildirilən həmin siyahıda kimin əlinin kimin cibindən çıxdığı aydın görünürdü. Buna qarşılıq olaraq ertəsi gün Xədicə İsmayıl da ortaya bir sənəd çıxarır. AXC-dən olan bir müxalifətçinin dövlət qurumlarından biri tərəfindən ələ alındığını özündə əks etdirən sənəd jurnalistin ididasına görə, ona hələ 2011-ci ildə MTN-in köhnə işçilərindən biri tərəfindən verilib. Faktla bağlı cinayət işinin qaldırılmasına əsas verən də elə bu sənəd oldu. Hər halda, casus qalmaqalı ilə başlayan insidentlə bağlı bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi də açıqlama verib. Açıqlamada deyilir ki, ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədi ilə səfər etmələri barədə son zamanlar mediada yayılan xəbərlər cəfəngiyyatdır. Açıqlamada o da vurğulanır ki, ABŞ konqresinin nümayəndə heyəti, səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq, Azərbaycana səfərlər edirlər. Səfərlərin məqsədi ABŞ-ın qanunverici orqanını Azərbaycana və regiona aid daha ətrafli məlumatlandırmaqdır. Maraqlıdır, belə məlumatlar ABŞ-ın nəyinə yarayır? Və yaxud, yarayırsa da belə, jurnalistlərimiz niyə bu məsələlərdə alət olurlar? (ANS TV)