24 yaşlı gənci maşın vurdu - vəziyyəti ağırdır

18 Fevral 2014 23:00 (UTC+04:00)
Bu gün axşam saatlarında Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Elmar Abdulrəhmanovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla Şabran rayonu, Sicanboyad kənd sakini 1989-cu il təvəllüdlü Hüseynov Mahir Əlişah oğlunu vurub. Qəza nəticəsində piyada ağır bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


AzNews.az