4,6 bal gücündə zəlzələ

19 Fevral 2014 08:19 (UTC+04:00)
Türkiyənin Van vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına əsasən, yerli vaxtla saat 23:51-də, yerin 5 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Akçift kəndində olub.

İlkin məlumatlara görə, insan tələfatı və dağıntı olmayıb. Yeraltı təkanlar qısamüddətli təşvişə səbəb olub.

AzNews.az