Xamneyi müharibə əmrini verdi

23 Avqust 2012 10:43 (UTC+04:00)
İranın dini lideri Ayətullah Əli Xamneyi Suriyada gedən proseslərdə iştirak edən qərb güclərinə və onların tərəfdaşlarına qarşı mübarizə aparmağa əmr edib. Bu xəbəri İngilis qəzeti "Telegraph"a yayıb.

Qeyd edilir ki, rəsmi Tehran Suriya lideri Bəşər Əsədin iqtidardan uzaqlaşdırılmasının İrana təsirləri ilə bağlı xüsusi toplantı keçirib. Toplantıda Qərbin Suriya müxalifətinə verdiyi dəstəyin İranın maraqlarına uyun olmadığı bildirən dini lider İranın Qüds güc mənbələrinə bu ölkələrə qarşı tədbirlər görməyi əmr edib.

Hədəfdə isə ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Türkiyə və s. ölkələr var. Qeyd edək ki, qəzetdə bildirilir ki, İran Qüds güc mənbələrini İsrail və Qərb hücumlarından qorunmaq üçün yaradıb.

Bahadur Eyuboğlu
AzNews.az