4 narkotik qaçaqmalçısı edam olundu

19 Fevral 2014 09:11 (UTC+04:00)
Bu gün səhər İranın Kirman şəhər mərkəzi həbsxanasında 4 narkotik qaçaqmalçısı edam olunub.

Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Məlumata əsasən, həmin şəxslər ümumilikdə 703 kiloqram tiryək və 23 kiloqram heroinin alqı-satqısı və daşınması ittihamı ilə edama məhkum olunublar.

AzNews.az