Bahar Muradovadan müxalifətə tövsiyə: “Yenidən formalaşın”

19 Fevral 2014 10:00 (UTC+04:00)




"Azərbaycan müxalifəti prezident seçkilərindəki uğursuzluğunun fəsadlarını yaşayır".


Bunu AzNews.az-a açıqlmasında Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B. Muradovanın sözlərinə görə, müxalifətin mövcud fəaliyyəti sıfıra bərabərdir: "Müxalifəti yalnız mətbuatda söz dartışmaları zamanı görmək olar. Reallıqda isə müxalifətin fəaliyyətini görmək mümükün deyil".

B. Muradova qeyd edib ki, Azərbaycan müxalifəti getdikcə küncə sıxılmaqdadır: "Müxalifətin ciddi fəaliyyət göstərmədiyini bir daha vurğulamaq istəyirəm. Fikrimcə, ölkədə yeni, Azərbaycanın inkişafını özünü əsas istiqaməti bilən müxalifətin formalaşmasına ehtiyac var. Bu müxalifət öz praqmatik proqramı ilə meydana çıxmalıdır".

Amid
AzNews.az