VİP-in iddiası icraata götürüldü– Məhkəmə

19 Fevral 2014 13:58 (UTC+04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmənın hazırlıq iclasının vaxtı bəlli olub.


VİP sədrinin müavini Ramil Hüseynovun AzNews.az-a verdiyi məlumata görə, iddia ərizəsi baxılması üçün Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası isə fevralın 25-də keçiriləcək.

Xatırladaq ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə bağlı məhkəmə instansiyasına müraciət edib.

VİP məhkəmədən E. Quliyev barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə tədbir görülməsini istəyib.

Partiyadan bildirilib ki, "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev mətbuat vasitəsilə VİP, onun sədri Əli Əliyev və partiya üzvlərinə yönəlik davamlı təhqiredici fikirlər səsləndirib.

AzNews.az