Milli Şuranın Koordinasiya Şurasının adı dəyişdirildi- Yenilənib

19 Fevral 2014 16:16 (UTC+04:00)
Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası başladı.


AzNews.az-ın məlumatına görə, AXCP qərargahında keçirilən sessiyada Milli Şuranın 60-a yaxın üzvü iştirak edir.

Sessiyaya Cəmil Həsənli sədrlik edir.

Qurumun toplantısına Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun telefonla qatılacağı da gözlənilir. (16.23)

***

Milli Şuranın Koordinasiya Şurasının adı dəyişdiləcək.

AzNews.az xəbər verir ki, bu barədə Milli Şuranın sədri Cəmil Həsənli qurumun hazırda davam edən sessiyadakı çıxışında bildirib.

Onun sözlərinə görə, təkliflər sırasında Koordinasiya Şurasının adının bundan sonra Koordinasiya Mərkəzi ilə əvəzlənməsi də var.

Qeyd edək ki, hazırda sessiyada Milli Şuranın 42 üzvü iştirak edir.

Bahar Rüstəmli
AzNews.az