“Məni avropasayağı tərbiyə ediblər“- Eldar
19 Fevral 2014 15:46 (UTC+04:00)
"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov hər zaman kamera qarşısında sərbəst olmağa üstünlük verir.
Axşam.az-ın məlumatına görə, "Lider" telekanalında yayımlanan "Solo" verilişinə qonaq olan sənətçi kameraya oynamağı sevmədiyini bildirib:
"Heç vaxt kameraya oynamıram. Hər zaman efirlərdə sərbəstəm, şənəm. Bu mənim tərbiyəmdən irəli gəlir. Sərbəstliyi sevirəm. Valideynlərim məni avropasayağı tərbiyə ediblər. Sərbəst buraxıblar. İstədiyimi etmək imkanım olub. Amma mən daha çox evdə oturub efir izləməyə üstünlük vermişəm. Ona görə də hazırda tamaşaçılarla səmimi davrana bilirəm".
AzNews.az