6 nəfər ədliyyə orqanlarından xaric edilib

19 Fevral 2014 17:05 (UTC+04:00)
2013-cü ildə Azərbaycanda 6 nəfər nöqsanlarına görə tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib.


Bu barədə fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş müşavirədə deyib.

Müşavirədə, həmçinin qeyd olunub ki, penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək bu məqsədlə xarici ölkələrin nümayəndələrinin ölkəmizə tanışlıq səfərləri davam edib.

Qeyd olunmalıdır ki, BQXK ilə bu sahədə əməkdaşlığın uğurlu nəticəsidir ki, vərəmdən ölüm halları 60 dəfə, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 15 dəfə azalıb.

AzNews.az