Qəzəbə tuş gəlmiş prokurorun vəkili öldü

19 Fevral 2014 18:55 (UTC+04:00)
17 dekabr Böyük Rüşvət əməliyyatını başladan prokuror Zəkəriyya Özün vəkili qəzada həlak olub. Bu haqda hurriyet.com.tr xəbər verir.

Xəbərdə bildirilir ki, Özün keçmiş vəkili 45 yaşlı Mahmut Gönültaş yol qəzasından sonra İstanbul Böyükçəkməcə Dövlət Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq aldığı xəsarətlər ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Ergenekon davasında da əsas dövlət ittihamçılarından olan Zəkəriyya Öz 17 dekabr Böyük Rüşvət əməliyyatından bir neçə gün sonra İstanbul Baş Prokuroru vəzifəsindən çıxarılaraq İstanbulun Bakırköy rayonunun prokuroru təyin edilmişdi. Ancaq Hakimlər və Prokurorlar Yüksək Qurumu az sonra Zəkəriyya Özlə bağlı daha bir qərar verdi – Öz Bolu Prokurorluğuna göndərildi. Vəzifəsi iki dəfə aşağı salınan Zəkəriyya Öz haqqında çıxan qərarlardan məhkəməyə şikayət verib.(Musavat.com)