Şamil Basaevin qatili türk həbsxanasında tapıldı - FOTO
19 Fevral 2014 19:43 (UTC+04:00)
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbul Malıtəpə həbsxanasında Gürcüstan vətəndaşı Temur Maxauri saxlanılır.
Türk hüquq - mühafizə orqanlarının məlumatına görə o çeçen səhra komandiri Şamil Basaevin öldürülməsinin təşkilatçılarından biri və iştirakçısı olub.
Bu məhbus 2006 - cı ildə Basaevin ölümünə səbəb olan yük maşınını partamaq üçün hazırlayıb. "Hürriyyət Dailu Neüs" dərgisinə müsahibəsində bu məlumatı prokuror Əhməd Dəmiryuxa da təsdiq edib.
Temur Maxauri Türkiyədə həbs olunub. O Basaevin ölümünə görə yox, "Qafqaz əmirliyi" terrorçu qruplaşmasının İstambul nümayəndəsi Əli Osayevin ölümündə təqsirli bilindiyinə görə həbs olunub.
Maxauri 26 fevral 2009 - cu ildə Osaevi öldürəndən sonra qurbanının dəfnində də iştirak edib.
Əli
AzNews.az