Çinə çəkilən dəmir yolu Azərbaycandan keçəcək
23 Avqust 2012 11:51 (UTC+04:00)
Qazaxstanda başlayan türk dilli ölkələrin zirvə görüşündə Türkiyədən Çinə dəmir yolunun çəkilməsi barədə müzakirələr aparılıb.
AzNews.az-ın məlumatına görə, Qazaxstan prezidenti Nursultan Nazarbayev, Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxstandan keçməklə Çinə dəmir yolu xəttinin çəkilməsi barədə pratokolu imzalayıb. Nazarbayev bildirib ki, imzanlanan pratokol çox önəmli bir sənəddir: "Biz axıra qədər bu proyektin arxasında olacağıq".
Bahadur Eyuboğlu
AzNews.az