Yük maşını qəza törətdi: zibillər küçəyə dağıldı- FOTOLAR

20 Fevral 2014 08:23 (UTC+04:00)
Paytaxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə Xocalı prospektində qeydə alınıb.


İlkin məlumata görə, qəza məişət tullantıları daşıyan 99 CC 880 dövlət nömrə nişanlı "MAN" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Bundan sonra yük maşını 99 BJ 484 dövlət nömrə nişanlı "Nissan Qashqai" markalı minik avtomobili ilə toqquşaraq aşıb.

Zibildaşıyan maşının aşması nəticəsində əraziyə məişət tullantıları dağılıb. İlkin məlumata görə, "Nissan Qashqai" markalı minik maşının sürücüsü xəsarət alıb. /Oxu.az/