“Rusiyanın Riki Martini“- Emin Ağalarov

20 Fevral 2014 09:19 (UTC+04:00)
Bəstəkar-müğənni Emin Qış Olimpiya Oyunlarını izləmək üçün Soçiyə yollanıb.

Axşam.az-ın məlumatına görə, ifaçı eyni zamanda Amerika telekanalının "Today Show" verilişində qonaq olub. Müsahibə zamanı ingilis jurnalistlər Eminin Azərbaycanda doğulmasından bəhs edib, onun həyatından söz açıblar. Onlar bəstəkar-müğənnini Rusiyanın Riki Martini adlandırıblar. Daha sonra Emin Soçi Olimpiya oyunlarının iştirakçılarına uğurlar arzulayıb və sevilən mahnılarını səsləndirib.



AzNews.az