Bakıda bir gündə iki gənc bıçaqlandı

20 Fevral 2014 10:18 (UTC+04:00)


Dünən Bakıda iki bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, fevralın 19-da Nərimanov rayonu ərazisində yerləşən "Montin" bazarı kimi tanınan ticarət mərkəzində naməlum şəraitdə 30 yaşlı Emin Şükürov bıçaqlanıb. Hadisəni rayonun 18-ci Polis bölməsi araşdırır.

Növbəti bıçaqlanma hadisəsi isə Səbail rayonu Salyan yolu küçəsi 83 a ünvanında qeydə alınıb. 21 yaşlı şəhər sakini Əbilov Ehtiram Etibar oğlu naməlum şəraitdə bıçaqlanıb. Hər iki xəsarət alan ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Amid
AzNews.az