Azay Quliyev Almaniyaya gedir

20 Fevral 2014 11:49 (UTC+04:00)
Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Azay Quliyev Almaniyada Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün 20-23 fevral tarixlərində Berlində səfərdə olacaq.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından daxil olan məlumata görə, səfər çərçivəsində millət vəkili Almaniya Bundestaqı, Fridrix Ebert və Konrad-Adenauer fondlarında görüşlər keçirəcək, Azərbaycan -Almaniya QHT-lərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı olan məsələləri müzakirə edəcək.

AzNews.az