Qaxda əxlaqsızlıq yuvası aşkarlandı

20 Fevral 2014 12:23 (UTC+04:00)
Qaxda kafedə əxlaqsızlıq yuvası aşkar edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsi əməkdaşları şəhər ərazisindəki kafedə əməliyyat tədbirləri həyata keçiriblər. Əməliyyat nəticəsində oranın sahibi Məhəmməd Bayramovun kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.

AzNews.az