Qubad İbadoğlunu ofisindən çıxartdılar

20 Fevral 2014 12:24 (UTC+04:00)
"Hasilat sənayesində şəffaflığın artırılması" üzrə QHT koalisiyası Nərimanov metrostansiyası yaxınlığında yerləşən ofisindən çıxarılıb.


Təşkilatın rəhbəri, iqtisad elmlər doktoru Qubad Ibadoğlu jurnalistlərə bildirib ki, ofisin rəhbəri "qonşuların şikayətlərinə" əsaslanaraq yeri dərhal tərk etməyi təklif edib, fevralın 17-də ofis boşaldılıb. Koalisiyaya 120 qeyri-hökumət təşkilatından başqa Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, həmçinin neft və qaz hasilatı üzrə layihələr çərçivəsində xarici tərəfdaşlar daxildir. Təşkilatın məqsədi iştirakçıların fəaliyyəti və maliyyə intizamları ilə bağlı hesabatlarının şəffaflığıdır.

Qubad İbadoğlunun sözlərinə görə, onların ofisdən çıxarılmasının əsasında siyasi motivlər dayanır: "Azərbaycanın beynəlxalq strukturlar qarşısında hasilat sənayesinin cəmiyyət qarşısında hesabatlılığı ilə bağlı öhdəliyi var. Hakimiyyətin son qərəzli addımları qarşılıqlı münasibətlərin normalarını kobud şəkildə pozur".

"Turan"