Kiyevdə etirazçıları snayperlər güllələyir- FOTOLAR

20 Fevral 2014 13:26 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Kiyevin mərkəzində radikallarla asayiş keşikçiləri arasında toqquşmalar davam edir.

Yerli mətbuatın verdiyi məlumata görə, qarşıdurmalarda həlak olanların sayı 29 nəfərə çatıb.

Bundan əvvəl isə ixtişaşlarda 28 nəfərin həlak olduğu xəbər verilmişdi.

Ukrayna televiziyası isə Kiyevin mərkəzindəki toqquşmalarda daha 7 nəfərin öldüyünü bildirir.

Yerli mətbuatda qeyd olunur ki, Kiyevdəki qarşıdurmalardan sonra 445 nəfər tibb işçilərinə müraciət edib, onlardan 287-si xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Maydanda xüsusi snayperlər qarşılarına çıxan etirazçıları başından, yaxud boyun hissələrindən güllələyirlər.


AzNews.az