Kiyev meri hakim partiyanı tərk edir- VİDEO

20 Fevral 2014 15:41 (UTC+04:00)
Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vladimir Makeyenko kütləvi iğtişaşlardan sonra hakim Regionlar Partiyasının üzvlüyündən çıxmaq qərarına gəlib.

O, bildirib ki, heç bir hakimiyyət insan ölümünə dəyməz: "Mənim ali məqsədim ukraynalıların həyatını qorumaqdır. Ukrayna xalqı mənə etimad göstərdiyi müddətdə səlahiyyətlərimi icra edəcəyəm".

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 800-ə yaxın adam zərər çəkib.



AzNews.az