Hərbçiləri Kiyevə aparan qatarın qarşısını əhali kəsdi

20 Fevral 2014 16:17 (UTC+04:00)
Ukraynanın Dneprepetrovski şəhərində əhali hərbi hissələri mühasirəyə alıb, şəhərin çıxış yollarını isə bağlayıb.


AzNews.az-a Ukraynadan verilən məlumata görə, hazırda əhali Dneprepetrovski Dəmiryol Vağzalından Kiyevə istiqamətlənən hərbi texnikanı və desant birləşmələrini aparan 12 vaqondan ibarət qatarın qarşısını kəsiblər.

Dneprepetrovski əhalisi bunu Kiyevdəki soydaşlarına dəstək əlaməti olaraq edir.

Qeyd edək ki, artıq 3 gündür Kiyevdə hökumət qüvvələri ilə müxalifətçilər və hakimiyyətin əleyhinə olanlar arasında qarşıdurma davam edir.

Toqquşmalarda 50-yə yaxın şəxsin öldüyü, 400-dən artıq insanın yaralandığı bildirilir. Hadisələr Ukraynanın digər şəhərlərinə də sirayət edib. Artıq ölkənin qərb bölgəsinin bir neçə şəhərində hökumət əleyhinə olanlar dövlət qurumlarını ələ keçirib.

Hökumət Ukraynada 3 günlük matəm də elan edib.

AzNews.az