Magistraturaya ərizə qəbulunun müddəti uzadıldı

20 Fevral 2014 16:28 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulunun müddətini uzadıb.

Komissiyadan verilən məlumata görə, magistraturaya sənəd qəbulu bu gün saat 17.00-da başa çatmalı idi.

Ərazilərin qəbulu fevralın 21-i saat 12:00-dək uzadılıb.

Qeyd edək ki, ərizə qəbuluna fevralın 11-dən başlanıb. Sənəd qəbulu internet vasitəsilə aparılır.

AzNews.az