Yanukoviçin ailəsi ölkəni iki təyyarə ilə tərk etdi

20 Fevral 2014 23:31 (UTC+04:00)
Ukraynada radikal müxalifətlə hökumət qüvvələri arasında davam edən toqquşmalar ərəfəsində prezident Viktor Yanukoviçin ailəsi ölkəni tərk edib.

Bu barədə deputat Oleq Lyaşko feysbuk hesabında yazıb: "İndicə mənim Donetsk prokurorluğundakı mənbələrim məlumat verdilər ki, Donetsk aeroportundan Yanukoviçin böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə uçdu. "Borispol" aeroportunun VİP terminalında "Regionlar Partiyası"nın deputatları Saldo və Povaliy var. Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar" ("Qafqazinfo")